Putin Rusiya vətəndaşlığı almaq istəyən xaricilərlə bağlı fərman verib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin 2 iyun tarixində xarici vətəndaşların Rusiya vətəndaşlığı alması qaydalarına dair yeni fərman imzalayıb.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, qaydaya əsasən, vətəndaşlıq üçün müraciət edən şəxslər yaşadıqları ölkənin səlahiyyətli orqanından alınmış, onların məhkumluğunun olub-olmamasını və ya məhkəmə hökmü ilə cinayət törədib-törətmədiyini göstərən arayış təqdim etməlidirlər. Sənəd müraciətdən ən çoxu 3 ay əvvəl verilmiş olmalıdır.
Fərmanda bildirilir ki, Ukraynadan Rusiyaya gələn şəxslər 2028-ci ilə qədər vətəndaşlıq üçün müraciət edərkən bu sənədi təqdim etməkdən azad olunurlar.
Bundan əlavə, 15 mayda imzalanan başqa bir fərmanla Dnestryanı bölgədə yaşayan və fərmanın qüvvəyə mindiyi vaxt orada olan fəaliyyət qabiliyyətli şəxslərin Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada ala biləcəyi də qeyd olunub.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...