Putin Rusiya ordusunun döyüş hazırlığını yüksək qiymətləndirib
Prezident Vladimir Putin birbaşa efir zamanı bəyan edib ki, Rusiya Silahlı Qüvvələrinin (SQ) döyüş hazırlığı dünyada ən yüksək səviyyədədir.
"Rusiya ordusunun döyüş hazırlığı dünyada ən yüksək səviyyədədir. Eyni sözləri müdafiə-sənaye kompleksi (MSK) haqqında da demək olar", - deyə Rusiya lideri bildirib.
Onun sözlərinə görə, Rusiya SQ-nin nailiyyətləri, o cümlədən müdafiə sənayesinin inkişafı və yeni texnikanın mövcudluğu ilə bağlıdır.
Putin qeyd edib ki, faktiki olaraq bütün Şimali Atlantika Alyansı ölkələri Rusiya ilə müharibə aparır.
Həmçinin Putin bildirib ki, xüsusi hərbi əməliyyat zamanı Rusiya ordusu kvadrat kilometrlərlə əraziləri geri qaytarır. O vurğulayıb ki, Rusiya döyüşçüləri cəbhədə qəhrəmancasına döyüşür və ordunun imkanları artır.
Oxşar xəbərlər
Ukrayna ordusunun Baş Qərargahı Ryazan neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ryazan neft emalı zavodunun infrastrukturuna zərbə endirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Kİ...