Portuqaliyada ictimai yerlərdə üzü tam örtən geyimlər qadağan edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Portuqaliya Prezidenti Antoniu Joze Sequro ictimai yerlərdə üzü tamamilə örtən geyimlərin istifadəsini məhdudlaşdıran qanunu imzalayıb.
BAKU.WS xəbər verir ki, sənəd iyul ayında parlament tərəfindən qəbul edilib və yerli mediada "niqab haqqında qanun" kimi təqdim olunur.
Yeni qaydalara əsasən, dini, cinsi, yaş və ya mənşə səbəbi ilə şəxsi üzü tam örtən geyim geyinməyə məcbur etmək də qadağandır. Qanunu pozanları 150-3000 avro arasında cərimə gözləyir.
Məhdudiyyət sağlamlıq, peşə fəaliyyəti, yaradıcılıq və hava şəraiti ilə əlaqədar üz örtüklərindən istifadəyə şamil olunmayacaq.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...