Polşada ibtidai siniflərdə telefon istifadəsinə qadağa qoyuldu
Polşada yeni tədris ilinin başlaması ilə ibtidai məktəblərdə şagirdlərin mobil telefon və digər elektron cihazlardan istifadəsinə ölkə üzrə qadağa tətbiq edilib.
BAKU.WS xəbər verir ki, yeni qaydalara əsasən, şagirdlər dərs, tənəffüs və digər məktəb fəaliyyətləri zamanı telefonlardan istifadə edə bilməzlər. Məktəbəqədər təhsil müəssisələrində isə uşaqların bu cür cihazları məktəbə gətirməsinə icazə verilmir.
Qaydalarda tədris məqsədləri, fövqəladə hallar, valideynlərlə əlaqə, eləcə də sağlamlıq və xüsusi ehtiyaclarla bağlı istisnalar nəzərdə tutulub.
Qadağa liseylərə şamil olunmur. Bununla belə, həmin məktəblər telefon istifadəsi ilə bağlı öz qaydalarını müəyyən edə bilərlər.
Polşa hökuməti bu addımı uşaqların zərərli onlayn məzmuna məruz qalmasının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində atıb. Hökumət, həmçinin 15 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinə dair yeni qanun üzərində çalışır.
Oxşar xəbərlər
Pezeşkianın təyyarəsi təcili eniş edib
Bişkekdən qayıdan İran Prezidenti Məsud Pezeşkianın təyyarəsi Tehran əvəzinə Rəşt Beynəlxalq Hava Limanına eniş edib. Bu barədə "Azad İran" "Telegram" kanalı xə...