Polşa Ukraynaya MiQ-29 verilməsi üçün yeni şərt irəli sürdü

Polşa Ukraynaya MiQ-29 verilməsi üçün yeni şərt irəli sürdü
Dünya 13

Ukrayna Polşadan MiQ-29 qırıcılarının verilməsini tələb etməzdən əvvəl pilotsuz uçuş aparatları ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir.

BAKU.WS xəbər verir ki, bu barədə istefada olan polşalı general Yaroslav Kraşevski Wirtualna Polska News telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ukrayna razılaşmanın öz hissəsini icra etmədiyi halda MiQ-29 təyyarələrinin verilməsini tələb etməməlidir. General qeyd edib ki, bu vəziyyət Kiyevin etibarlılığına mənfi təsir göstərir.

Kraşevski əlavə edib ki, Polşanın Ukraynanın vəd etdiyi pilotsuz uçuş aparatları texnologiyalarına ehtiyacı yoxdur. O bildirib ki, Varşava bu sahədə daha müasir həllərə malikdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər