Polşa "Patriot" sistemlərinə dəstək üçün ABŞ ilə 2 milyard dollarlıq müqavilə imzalayacaq
31
mar
2025
20:58
Polşa bu gün "Patriot" raketdən müdafiə sistemi üçün logistik dəstək göstərilməsi məqsədiylə ABŞ ilə 2 milyard dollarlıq müqavilə imzalamağı planlaşdırır.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
"Hava hücumundan müdafiə Polşa ordusuna ən böyük investisiyadır və çox resurs tələb edir. Bu, Polşa səmasının, Polşanın hava məkanının qorunmasıdır – ona görə də bu, bizim üçün mütləq prioritetdir və bu sahədə Polşa-Amerika əməkdaşlığının olması çox yaxşıdır", - nazir Krakovda deyib.
Oxşar xəbərlər
Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisənin bağlanma səbəbi açıqlanıb
İran Xarici İşlər Nazirliyi (XİN) Fransa XİN-in bəyanatında yer alan və bu ölkənin Tehrandakı səfirliyinə bağlı təhsil müəssisəsi barədə əsassız, həqiqətə uyğun...