Poas vulkanı aktivləşdi - Kül buludu 4.700 metrdən yüksəyə çatdı
Kosta-Rikanın mərkəzində yerləşən Poas vulkanında güclü partlayış baş verib.
BAKU.WS xəbər verir ki, Kosta-Rika Volkanologiya və Seysmologiya Müşahidə Mərkəzinin (OVSICORI) məlumatına görə, püskürmə təxminən 10 dəqiqə davam edib.
Püskürmə nəticəsində qaz və kül buludu dəniz səviyyəsindən 4 min 708 metr yüksəyə qalxıb. Mütəxəssislər bildiriblər ki, vulkanda sismik aktivliyin artması və gündə 600 tonu keçən kükürd dioksid emissiyası yeni püskürmələrin baş vermə riskini artırır.
Püskürmə zamanı Zarcero, Gresia, Alaksuela, Heredia və San Xose şəhərlərinə kül yağıntısı qeydə alınıb.
Oxşar xəbərlər
Yaponiya Suriyaya 53 milyon dollar yardım ayırdı
Yaponiya Suriyaya 53 milyon dollar məbləğində maliyyə dəstəyi göstərəcək. BAKU.WS xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildi...