Pentaqon rəhbəri Suriyada müxalifətin irəliləmə sürətinə təəccüblənib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ müdafiə naziri Lloyd Ostin Suriyada müxalifət qüvvələrinin irəliləyiş sürətinin beynəlxalq ictimaiyyəti təəccübləndirdiyini bildirib.
Bu barədə "Reuters" məlumat yayıb.
O, Suriya ordusunun "daha sərt" müqavimət göstərəcəyini gözlədiyini vurğulayıb.
"Hamı Əsəd qüvvələrinin daha sərt müqavimət göstərəcəyini gözləyirdi. Buna görə də hadisələrin bu qədər sürətlə inkişaf etməsi, düşünürəm ki, beynəlxalq ictimaiyyətin əksəriyyəti üçün gözlənilməz oldu",- deyə Ostin bildirib.
ABŞ müdafiə naziri həmçinin narahatlıq ifadə edərək qeyd edib ki, regiondakı terror qruplaşmaları mövcud hadisələrdən istifadə edərək öz potensiallarını bərpa etməyə çalışa bilərlər.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...