Paşinyanın kortejini müşayiət edən polis avtobusu qəzaya uğradı: Ölən və yaralılar var
11
apr
2026
12:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən polis avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.
Belə ki, "Hyundai" markalı polis avtobusu ilə "Nissan" avtomobili toqquşub.
Qəza nəticəsində bir nəfər həyatını itirib, daha 12 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Ermənistan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı cinayət işi başlanıb və hadisənin detalları araşdırılır.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...