Paşinyan: Köçəryan və Sarkisyan hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır
Ermənistanın Baş naziri Nikol Paşinyan sabiq prezident Robert Köçəryanın həbsinə münasibət bildirib və keçmiş dövlət rəhbərlərinin qanunsuz əldə etdikləri əmlak və vəsaitlərin ölkəyə qaytarılmasını tələb edib.
BAKU.WS Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan Robert Köçəryan, Qaqik Tsarukyan və Serj Sarkisyanın yalnız qanuni gəlirləri və dövlət tərəfindən verilən pensiyalar hesabına yaşamalı olduqlarını söyləyib.
Baş nazir bildirib ki, həmin şəxslər hər ayın əvvəlində pensiyalarının ödənilib-ödənilmədiyini yoxlamalıdırlar. Onun sözlərinə görə, dövlət vəzifəsi tutmuş şəxslərin həyatlarını yalnız qanuni gəlirləri hesabına davam etdirməsi vacibdir.
Paşinyan həmçinin vurğulayıb ki, qanunsuz yolla əldə edilmiş bütün əmlak və vəsait son qəpiyinə qədər Ermənistan dövlətinə və xalqa qaytarılmalıdır.
"Başqa seçim yoxdur", – Ermənistanın baş naziri bildirib.
Oxşar xəbərlər
Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi
ABŞ Prezidenti Donald Tramp ölkədə fövqəladə vəziyyət elan edib. Ağ Ev rəhbəri bunu ölkənin enerji sistemini qorumaq üçün edib. BAKU.WS xəbər verir ki, bu barə...