Paşinyan: Biz Ermənistanı sülhə gətirərək geosiyasi tələdən çıxardıq
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağ hərəkatı Ermənistan Respublikasının yaradılmasına mane olan bir rıçaq idi.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan "Vətəndaş müqaviləsi" Partiyasının 8-ci növbədənkənar konfransında bildirib.
"Biz Qarabağ hərəkatının davam etməsinə yol verməmək iradəsini nümayiş etdirdik və Ermənistanı sülhə gətirdik. O, xalqımız üçün sərfəli görünürdü, ancaq əslində geosiyasi tələ idi", - Paşinyan deyib.
Onun sözlərinə görə, Qarabağ hərəkatı yalnız Ermənistan Respublikasının yaradılmasına mane olan rıçaq olub. "Biz Ermənistanı geosiyasi tələdən çıxardıq və xalqa söz verdiyimiz kimi, Ermənistanı sülhə gətirdik", - Baş nazir vurğulayıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...