Partlayışdan sonra Sarkisyan təxminən 100 dəqiqə əməliyyat olunub
Qondarma "Donetsk Xalq Respublikası"nın boks federasiyasının erməniəsilli rəhbəri Armen Sarqsyan 100 dəqiqəyə yaxın əməliyyat olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Məlumata görə, Sarkisyanın zədələnmiş ürəyi və ağciyərlərinə tikiş qoyulub. Həmçinin ona dörd litr qan verdilər.
Xatırladaq ki, DXR Boks Federasiyasının rəhbəri Bakı vaxtı ilə saat 13:10 radələrində həyat əlamətləri göstərməyib və Bakı vaxtı ilə saat 13:40-da həkimlər reanimasiya tədbirlərindən sonra onun öldüyünü elan ediblər.
Qeyd edək ki, bu gün səhər saatlarında Moskvanın Aviatsionnaya küçəsindəki binanın birinci mərtəbəsinin foyesində partlayış baş verib.
Oxşar xəbərlər
Avropa İttifaqı ölkələrində məcburi hərbi xidmət geri qayıdır
Avropa İttifaqına üzv ölkələr, xüsusilə Rusiyadan qaynaqlanan təhlükəsizlik təhdidinə qarşı müdafiə hazırlıqlarını gücləndirir və məcburi və ya yarım-məcburi hə...