Parisdə 1 May nümayişi zamanı etirazçılarla polis arasında toqquşma olub

Parisdə 1 May nümayişi zamanı etirazçılarla polis arasında toqquşma olub
Dünya 36

Parisdə təxminən 100 min insanın iştirak etdiyi 1 May nümayişində etirazçılarla polis arasında toqquşmalar baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, nümayişçilərə qoşulan bir neçə nəfər iğtişaş törədib.

Agentliyin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə etməklə cavab verib.

Xuliqanların banklardan birinin filialını dağıtdığı da qeyd edilir. Bir neçə nəfər saxlanılıb.

BFMTV telekanalı polisin məlumatlarına istinadən 13 nəfərin həbs edildiyini açıqlayıb.

Daha əvvəl Paris polisinin prefekti Loran Nunyes bildirmişdi ki, paytaxtın 1 May nümayişində 2 mindən çox asayiş keşikçisi təhlükəsizliyi təmin edir.

Son xəbərlər