Papa XIV Leo İran və Suriyada dialoqa, Ukraynada isə sülh üçün səylərin artırılmasına çağırıb

Papa XIV Leo İran və Suriyada dialoqa, Ukraynada isə sülh üçün səylərin artırılmasına çağırıb
Dünya 25

Vatikan Dövlətinin rəhbəri və Katolik Kilsəsinin ruhani lideri Papa XIV Leo İran və Suriyada baş verən hadisələrlə bağlı dialoqun gücləndirilməsinə, Ukraynada isə sülhün təmin olunması üçün səylərin artırılmasına çağırış edib.

BAKU.WS xəbər verir ki, Papa XIV Leo bu fikirləri ənənəvi bazar duası zamanı beynəlxalq gündəmlə bağlı çıxışında səsləndirib. O bildirib ki, son günlər Yaxın Şərqdə, xüsusilə İran və Suriyada yaşanan hadisələri diqqətlə izləyir.

"Bu bölgələrdə davam edən gərginlik çoxsaylı insan itkisinə səbəb olur. Dialoqun və sülhün səbrlə inkişaf etdirilməsini, bütün cəmiyyət üçün ortaq rifahın qorunmasını arzulayıram və bunun üçün dua edirəm", – deyə Papa vurğulayıb.

Roma Papası Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsinə də toxunaraq qeyd edib ki, xüsusilə enerji infrastrukturunu hədəf alan yeni və ağır hücumlar soyuq hava şəraitində mülki əhali üçün ciddi fəsadlar yaradır.

"Əziyyət çəkən insanlar üçün dua edirəm. Zorakılığın dayandırılması və sülhə nail olmaq məqsədilə göstərilən səylərin artırılması çağırışımı bir daha təkrarlayıram", – deyə Papa XIV Leo bildirib.

Son xəbərlər