Papa rahibələri "turşumuş sifətlərinə" görə tənqid edib
Yeniliklərdən dərhal xəbərdar olun
Roma Papası Fransisk Siena Missionerlər İttifaqından olan bir qrup rahibəni üz ifadələrinə görə tənqid edib və onları daha "mehriban" olmağa, dedi-qodudan çəkinməyə çağırıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Times" qəzeti məlumat yayıb.
Bildirilib ki, o, rahibələrin dünyaya acı üzlər göstərdiyini söyləyib və deyib ki, "zəhərli" dedi-qoduları dayandırmaq üçün qadınların "qəhrəmanca" səyləri lazımdır.
"Həyatımda bəzən sifətindən zəhrimar tökülən rahibələrlə rastlaşıram və bu, xoşagəlməz görünür. İnsanları cəlb etməyə kömək edən bu deyil. Sirkə iyrəncdir və üzündən sirkə tökülən rahibələr - mən bu barədə danışmayacağam", - deyə Fransisk qeyd edib.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...