Panamanın yarısı işıqsız qaldı
Mərkəzi Amerika ölkəsi Panamada elektrik stansiyasında baş verən transformator partlayışı səbəbindən ölkənin böyük hissəsi işıqsız qalıb.
BAKU.WS xəbər verir ki, yerli mediada yayılan məlumata görə, La Çorrera şəhərində yerləşən Pan Am Elektrik Stansiyasında transformatorun partlaması nəticəsində ölkə üzrə genişmiqyaslı elektrik kəsintisi yaşanıb.
Panama Prezidenti Xose Raul Mulino sosial media hesabında stansiyada ciddi ziyan olduğunu bildirib:
"Boquete şəhərində işıqsız qaldım. Bağışlanmaz bir vəziyyətdir. Aldığım məlumata görə, ziyan olduqca böyükdür. Milli İctimai Xidmətlər Agentliyi (ASEP) və Enerji Katibliyindən dərhal hesabat tələb edəcəyəm və buna uyğun tədbirlər görüləcək. Belə keyfiyyətsiz xidmət yetər!"
ASEP direktoru Zelmar Rodriqes Krespo da ölkənin böyük hissəsində yaşanan elektrik kəsintisinin transformator partlayışından qaynaqlandığını təsdiqləyib və problemin həlli üçün xüsusi qrupların işlədiyini açıqlayıb.
Qeyd edək ki, 2023-cü ildə də oxşar hadisə baş vermiş və milyonlarla insan uzun müddət işıqsız qalmışdı.
Oxşar xəbərlər
Parisin keçmiş meri İdalqo uşaqlara qarşı zorakılığa görə şəxsi məsuliyyətini qəbul etməyib
Parisə (Fransanın paytaxtı) 12 il rəhbərlik etmiş keçmiş mer Ann İdalqo Senatda keçirilən dinləmələr zamanı məktəbdənkənar təhsil sistemində uşaqlara qarşı cins...