Pakistanda yol qəzasında azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb

Pakistanın cənub-qərbində sərnişin mikroavtobusunun iştirakı ilə baş verən yol qəzasında azı 13 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.
BAKU.WS xəbər verir ki, qəza ölkənin cənub-qərbində yerləşən Sind əyalətinin Camşoro bölgəsində baş verib.
Məlumatda qeyd olunur ki, 30-dan çox sərnişin daşıyan mikroavtobus yoldan çıxaraq dərəyə yuvarlanıb. Sərnişinlər buğda tarlalarında işlədikdən sonra evlərinə qayıdırmış.
İlkin ehtimallara görə, sürücü idarəetməni itirib, səbəb kimi isə əyləcin işləməməsi göstərilir.
Polisin məlumatına görə, həlak olanlar arasında dörd uşaq da var. Yaralılar yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb. Lakin bəzi yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Oxşar xəbərlər
Çin hidrogen bombasını sınaqdan keçirdi
Çin yeni tipli, nüvə enerjisi istifadə etməyən hidrogen bombasını uğurla sınaqdan keçirib. BAKU.WS iz.ru-ya istinadən xəbər verir ki, cəmi 2 kiloqram çəkisi ola...