Pakistanda tədris mərkəzinin damı çöküb, azı 7 uşaq ölüb
Pakistanın Lahor şəhərində tədris mərkəzinin damının çökməsi nəticəsində, ilkin məlumatlara görə, yeddi uşaq həlak olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə xidmətlər məlumat yayıb.
Məlumata görə, hadisə iyunun 30-da Kahna rayonunda baş verib. Xilasetmə xidmətinin məlumatına əsasən, dağıntılar altından yeddi uşağın meyiti çıxarılıb.
Ölənlərin sayı 10 nəfəri keçə bilər. Xilasedicilər dağıntılar altında qalan uşaqların vəziyyətinin kritik olduğunu bildiriblər.
İlkin məlumata görə, hadisə anında binada 35-ə qədər uşaq olub.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Zərərçəkənlərə tibbi yardım göstərilir, damın çökməsinin səbəbləri araşdırılır.
Oxşar xəbərlər
BDT: Hörmüz boğazı üçün könüllü ödəniş fondu yaradıla bilər
Hörmüz boğazı üçün könüllü ödəniş fondunun yaradılması imkanı mövcuddur. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Beynəlxalq Dəniz Təşkilatının (BDT) Ba...