Pakistanda oğurlandığı deyilən blogerlə əlaqə saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanda oğurlanan səyahətçi blogeri Vasya Şçupaltse (əsl adı İqor Babko) ilə əlaqə yaradılıb.
BAKU.WS xəbər verir ki, yayılan məlumatlara əsasən o, səyahətini davam etdirir.
Babko əslində heç bir adam oğurluğu olmadığını eyham vurub.
Blogger keçən həftə harada olduğunu və mesajlara niyə cavab vermədiyi barədə heç nə söyləmir.
Xatırladaq ki, Vasya Ştupaltsa ilə əlaqə oktyabrın 25-də kəsilib.
Bundan sonra Pakistan mətbuatında onun Şimali Vizaristanda qaçırılması ehtimalı ilə bağlı məlumatlar yayılıb.
Bu işdə Pakistan terror təşkilatı Hafiz Gül Bahadur Qrupunun əli olduğu iddia edilib.
Dostları sonradan bildirdilər ki, əslində bloqqer həmin vaxt Hindistanda olmalı idi.
Məlumat KİV-də yayıldıqdan sonra Rusiya Federasiyasının Pakistandakı səfirliyi məlumatların doğruluğunu yoxladığını bəyan edib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...