Pakistanda ağır yol qəzası: 17 ölü
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanın Hayber Paxtunxva əyalətində sürətlə hərəkət edən mikroavtobusun park halında olan avtobusa çırpılması nəticəsində ağır yol qəzası baş verib.
BAKU.WS xəbər verir ki, hadisə Mardan şəhəri yaxınlığında qeydə alınıb. İlkin məlumatlara görə, qəza zamanı 17 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb.
Fövqəladə vəziyyət üzrə xilasetmə xidmətlərinin nümayəndəsi Şah Fahadın açıqlamasına görə, mikroavtobusun yüksək sürətlə hərəkət etməsi nəticəsində yol kənarında dayanan avtobusa çırpıldığı bildirilir.
Rəsmilər qəzanın səbəbi kimi sürücünün ehtiyatsızlığını və mümkün qayda pozuntusunu əsas ehtimal kimi qiymətləndirirlər. Araşdırmalar davam edir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...