Pakistan və İran regional sabitlik üçün dialoqun vacibliyini vurğulayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə vəziyyətin inkişafını müzakirə edib və diplomatik dialoqu davam etdirmək niyyətini bildiriblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Şahbaz Şərif "X" sosial şəbəkəsində yazıb.
"Bu gün İran Prezidenti Məsud Pezeşkian ilə danışdım. Biz inkişaf edən regional vəziyyətlə bağlı fikir mübadiləsi apardıq, daimi dialoq və diplomatik əlaqələrin regionumuzda sülh, təhlükəsizlik və inkişaf üçün həyati əhəmiyyət kəsb etdiyi barədə razılığa gəldik", - o qeyd edib.
Baş nazir, həmçinin yüksək səviyyəli müntəzəm görüşlər və institusional əməkdaşlıq vasitəsilə iki ölkə arasında qardaşlıq əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...