Pakistan IMF-lə 1,3 milyard dollarlıq maliyyələşdirməyə dair razılığa gəlib

Pakistan IMF-lə 1,3 milyard dollarlıq maliyyələşdirməyə dair razılığa gəlib
Dünya 70

Pakistan və Beynəlxalq Valyuta Fondu (IMF) İslamabadın 37 aylıq genişləndirilmiş maliyyələşdirmə proqramı çərçivəsində fondun tələblərinin yerinə yetirilməsinə dair ilk icmalın başa çatması, həmçinin iqlim dayanıqlılığının artırılması mexanizmi çərçivəsində yeni maliyyələşdirmə proqramı barədə razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə "Dawn" qəzeti IMF-in Pakistandakı missiyasının rəhbəri Natan Porterə istinadən məlumat yayıb.

"IMF komandası Pakistan hakimiyyəti ilə genişləndirilmiş maliyyələşdirmə mexanizmi (EFF) çərçivəsində 37 aylıq proqramın ilk icmalı və IMF-in dayanıqlılıq və uzunmüddətli davamlılığa nail olmaq üçün maliyyələşdirmə mexanizmi (RSF) çərçivəsində 28 aylıq yeni razılaşma barədə təxminən 1,3 milyard ABŞ dolları məbləğində razılığa gəlib", - N.Porter bildirib.

Onun sözlərinə görə, IMF-nin İcraiyyə Şurasının təsdiqindən sonra Pakistan EFF çərçivəsində təxminən 1 milyard ABŞ dollarına çıxış əldə edəcək, nəticədə ödənişlərin ümumi məbləği 2 milyard ABŞ dollarına yaxın təşkil edəcək.

IMF-nin İcraiyyə Şurası 2024-cü il sentyabrın 25-də Pakistana 37 ay ərzində 7 milyard ABŞ dolları məbləğində maliyyə yardımı paketinin ayrılmasını təsdiqləyib. Kredit proqramı çərçivəsində ilk tranş 1,1 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər