Özünü dünyanın "ən yaxşı diktatoru" adlandıran Salvador prezidenti: Qaniçən, yoxsa xilaskar?

Salvador Prezidenti Nayib Bukele siyasi fəaliyyətə 2012-ci ildə kiçik bir şəhərciyin meri olaraq başlayıb.
2019-cu ildə prezident seçilən N.Bukele ölkədəki kriminal vəziyyətə qarşı genişmiqyaslı tədbirlər həyata keçirərək meqahəbsxana tikdirir və orada 40 min insan ciddi şəraitdə saxlanılır.
Cinayətlərin kəskin azalması onun populyarlığını artırsa da, insan haqları ilə bağlı ciddi narahatlıqlar yaranır. N.Bukele məhkəmə və parlamenti tam nəzarət altına alır.
O, sosial media vasitəsilə siyasi imicini formalaşdıraraq özünü "dünyanın ən bərkgedən diktatoru" adlandırır. Dövlət başçısı həmçinin "bitkoin"i rəsmi valyuta kimi tanıdaraq maliyyə sistemində yeniliklər tətbiq etsə də, bu layihə uğursuzluqla nəticələnir.
N.Bukelenin liderliyi dövründə Salvadorda təhlükəsizlik sahəsində müsbət yöndə nəticələr əldə olunsa da, ölkənin demokratik inkişafı və iqtisadi göstəricilərində eyni səviyyədə irəliləyiş qeydə alınmayıb.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Yanukoviçin sabiq müşaviri İspaniyada güllələndi
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin sabiq müşaviri Andrey Portnov Madrid yaxınlığında yerləşən Posuelo-de-Alarkon şəhərində güllələnərək öldürülüb....
