Özbəkistanda bir .şəxs Rusiya ilə hərbi müqaviləyə görə həbs olunub
Özbəkistanda bir nəfər Rusiyada hərbi xidmətə daxil olduğu üçün dörd il müddətinə azadlıqdan məhrum edilib.
BAKU.WS xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Məhkəmə materiallarına əsasən, 2024-cü ilin fevralında Sankt-Peterburqa işləmək üçün gedən 20 yaşlı Özbəkistan vətəndaşı ötən ilin iyununda bir illik hərbi xidmət müqaviləsi imzalayıb. Lakin Luqansk yaxınlığında keçirilən təlimlər zamanı yaralanıb və müalicə aldıqdan sonra hərbi hissəni özbaşına tərk edərək ölkəsinə qayıdıb.
Məhkəmə onu "muzdlu döyüşçü" maddəsi ilə təqsirli bilib və dörd il həbs cəzası verib.
Qeyd edək ki, 2024-cü il aprelin 16-da Rusiya-Ukrayna müharibəsində əl və ayağını itirən hərbçi Kirill Zaqorodnikov bildirmişdi ki, Rusiyanın "Redut" adlı özəl hərbi şirkəti ilə müqavilə bağladığı üçün Rusiya vətəndaşlığına qəbul edilmir və ailəsinə Özbəkistanda təzyiqlər göstərilir.
Oxşar xəbərlər
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna münaqəsində sülhün uzaqda olmadığını deyib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Türkiyə lideri bu...