Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri dostluq stelasını açıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri Şavkat Mirziyoyev, Emoməli Rəhmon və Sadır Japarov üç ölkənin dövlət sərhədlərinin qovşağında yerləşən Dostluq stelasının açılış mərasimində iştirak ediblər.
"Report" Özbəkistan KİV-ə istinadən xəbər verir ki, mərasim martın 31-də Xucənddə təşkil olunmuş yüksək səviyyəli tədbirlər çərçivəsində baş tutub.
Üç ölkənin baş nazirinin müavinləri videokonfrans vasitəsilə dövlət başçılarına tikinti işlərinin başa çatması və obyektin tam hazır olması barədə məlumat veriblər.
Qeyd olunur ki, bu abidə qardaş ölkələr arasında möhkəmlənən dostluq, mehriban qonşuluq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq münasibətlərinin mühüm rəmzinə çevriləcək.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...