Özbəkistan hava gəmisi təyyarəmizin qəzaya düşdüyü yerdə dövrə vurub, faciə qurbanlarını andı

Özbəkistan hava gəmisi təyyarəmizin qəzaya düşdüyü yerdə dövrə vurub, faciə qurbanlarını andı
Video
Dünya 418

Özbəkistan hava yollarına məxsus Daşkənd-Qroznı reysi üzrə hərəkət edən təyyarə, Aktau yaxınlığındakı faciə yerinin üzərində iki dövrə vurub.

BAKU.WS xəbər verir ki, qardaş ölkənin təyyarəçiləri, bununla faciə qurbanlarının xatirəsini anıblar.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Son xəbərlər