Övladlarından danışan Meqan Markl göz yaşlarına boğuldu
Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl təsirli anları ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o Ceymi Kern Limanın layihəsində iştirak edən Meqan övladları Arxi və Lilbetdən danışarkən kövrəlib.
O uşaqlarına hər gecə yatmazdan əvvəl email göndərdiyini bildirib. Meqan istəyir ki, övladları o emailləri böyüyəndə oxusunlar:
"Uşaqlarım yazdıqlarımı oxuyanda, "Allahım! Anamız bizi nə qədər sevirmiş" söyləsin istəyirəm".
Bu açıqlamasından sonra 43 yaşlı Meqan göz yaşlarını əlləri ilə silib. "Buna görə də makiyajsız olmaq gözəldir" deyərək sözləri ilə aparıcını da güldürüb.
Meqan müsahibəsi zamanı həyat yoldaşı Harridən mənəvi dəstək aldığını vurğulayıb.
Oxşar xəbərlər
Zelenski: Sabah Ukrayna ilə ABŞ arasında 5 əsas məsələ müzakirə olunacaq
Ukrayna Prezidenti Volodimir Zelenski sabah ABŞ Prezidenti Donald Tramp ilə keçiriləcək görüşdə müzakirə olunacaq məsələləri açıqlayıb. BAKU.WS "Report"a istina...