Oval kabinetdə mühüm görüş: Zelenski hansı məsələlərin müzakirə olunduğunu açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdəki Oval kabinetdə keçirdiyi görüşlə bağlı açıqlama verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Zelenski görüşün məhsuldar keçdiyini bildirib.
"Dəyərli görüş oldu. Ukraynalıların həyatını qorumaq və sülhə nail olmaq naminə birlikdə gördüyümüz bütün işlərə görə Prezident Trampa təşəkkür edirəm", - deyə o qeyd edib.
Zelenski həmçinin ABŞ senatoru Lindsi Qremin vəfatı ilə əlaqədar Donald Trampa başsağlığı verdiyini bildirib.
"İlk növbədə Prezident Trampa Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdim. O, Ukraynanın əsl dostu idi", - deyə Ukrayna lideri vurğulayıb.
Onun sözlərinə görə, görüş zamanı "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket-kəsicilərin istehsalına lisenziyaların verilməsi, eləcə də Ukraynaya dəstək verə biləcək digər təşəbbüslər müzakirə olunub.
Tərəflər həmçinin diplomatik prosesi nəzərdən keçiriblər.
"Diplomatik prosesi fəallaşdırmaq vacibdir. Komandalarımız gələcək əməkdaşlığın təfərrüatlarını razılaşdıracaqlar. Güclü dəstəyə görə ABŞ-yə minnətdaram", - deyə Zelenski əlavə edib.
Oxşar xəbərlər
"The Times": CIA və "Mossad" Müctəba Xameneinin izinə düşüb
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və İsrailin xarici kəşfiyyat xidməti "Mossad" İranın ali rəhbəri Müctəba Xameneinin yerini müəyyənləşdirmək məqsədilə birgə...