Otel yanğınından sağ qurtulan vətəndaş danışdı: "Pəncərədən tullanaraq xilas olduq"
Bolunun Kartalkaya dağ-xizək kurortundakı yanğından sağ çıxan sakin göz yaşları içində yaşadığı faciədən danışıb.
BAKU.WS xəbər verir ki, oteldə insanların təhlükəsizliyi üüçn heç bir şərait olmayıb:
"Təhlükəsizlik tədbirləri görülməmişdi. Binadan çıxış üçün yanğın nərdivanı, yanğınsöndürən yox idi. Gurultu səsini ilk dəfə həyat yoldaşım eşitdi. İki uşağımla yeddinci mərtəbədə idik, tüstüdən qəbula düşə bilmədik. Övladlarımın dostlarından və anasından xəbər ala bilmirik. Pəncərədən tullanaraq xilas olduq".
Xatırladaq ki, Kartalkaya qış turizm mərkəzində anidən başlayan yanğın nəticəsində 10 nəfər ölüb, 32 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxşar xəbərlər
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi kom...