Orban Gürcüstandakı brifinqində jurnalistlərin kobud rəftarı ilə qarşılaşdı
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın müxalif KİV nümayəndələri və Qərb jurnalistləri Tbilisidə Macarıstanın Baş Naziri Viktor Orbanın brifinqi zamanı onu yüksək səslə tez-tez sözünü kəsərək suallar verməyə çalışıblar.
BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qeyd olunur ki, Gürcüstanın müxalifət yönümlü "Mtavari Arzi" televiziya kanalı və "Bloomberg" agentliyinin jurnalistləri həm bir-birinin, həm də Macarıstan baş nazirinin sözünü kəsərək mikrofonsuz suallar veriblər.
Mətbuat nümayəndələri Viktor Orbana Avropa İttifaqı tərəfindən ünvanlanan tənqidləri xatırladıblar.
Qeyd edək ki, 28 oktyabrda Tbilisiyə gəlişi zamanı Orban, Gürcüstanın Avropa İttifaqının mənasız tövsiyələrinə ehtiyac duymadığını bildirmişdi.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...