Orban ABŞ ilə Macarıstanın sərfəli ticarət sazişi bağlayacağına ümid edir
Macarıstan hökuməti ABŞ Prezidenti Donald Trampla razılığa gələ biləcək.
"Report" xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, Donald Trampın ABŞ-də hakimiyyətə qayıtması Avropa İttifaqının vəziyyətini çətinləşdirə bilər. V.Orban qeyd edib ki, amerikalı lider hakimiyyətdə olduğu iki həftə ərzində artıq "bütün dünyanı alt-üst edib".
"Avropa İttifaqını çətin aylar gözləyir və Brüsseldəki bürokratlar üçün asan olmayacaq. Birləşmiş Ştatlarla iqtisadi əlaqələrimizi qorumaq üçün saziş bağlamalıyıq", - o qeyd edib.
Baş nazirin sözlərinə görə, Macarıstan hökuməti "prezident Trampın vəzifəyə qayıdacağını həmişə bilirdi" və buna hazır idi.
Oxşar xəbərlər
ABŞ İrana qarşı aviasiya sanksiyalarını genişləndirib
ABŞ-nin İrana qarşı yeni sanksiyaları ölkənin mülki aviasiya sektoruna və beynəlxalq hava əlaqələrinə təzyiqi artırıb. BAKU.WS "Azad İran" "YouTube" kanalına is...