OpenAI yeni ChatGPT yeniləməsini təhlükəsizlik səbəbilə dayandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
OpenAI "Astra" adlı yeni model üzərində işlərin bir hissəsini onun yaratdığı potensial təhlükəsizlik risklərinə görə dayandırıb.
BAKU.WS xəbər verir ki, modelin avtonom kodlaşdırma və kibertəhlükəsizlik sahəsində yüksək nəticələr göstərdiyi bildirilib. Lakin testlər zamanı onun mövcud imkanlarının təhlükə yarada biləcəyi müəyyənləşib.
Şirkətin məlumatına görə, "Astra" kritik risk həddinə çatmış ola bilər. Bu səbəbdən model daha təcrid olunmuş mühitdə sınaqdan keçiriləcək və əlavə təhlükəsizlik tədbirləri tətbiq olunacaq.
OpenAI həmçinin modelin kibertəhlükələrə qarşı istifadəsini araşdırmaq və təhlükəsizlik testlərini gücləndirmək üçün müvafiq qurumlarla əməkdaşlıq edəcəyini açıqlayıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...