Ona salam verməyən müdirini məhkəməyə verdi, təzminat qazandı

Ona salam verməyən müdirini məhkəməyə verdi, təzminat qazandı
Dünya 56

İngiltərədə maraqlı hadisə baş verib.

BAKU.WS Daily Mail-ə istinadən xəbər verir ki, şirkətlərdən birində işə qəbul üzrə menecer işləyən Nadine Hanson müdirini məhkəməyə verərək ondan təzminat alıb.

Belə ki, Henson dəfələrlə müdiri Endryu Gilchristlə salamlaşıb, lakin heç bir cavab almayıb.

Müdirinin qəsdən bunu etdiyini düşünən qadın vəziyyəti müdirinə danışıb.

62 yaşlı Gilchrist deyib ki, Hansonun işə gecikdiyini düşündüyü üçün ona əsəbiləşib.

Hanson yeni təyin olunmuş müdirin onu işdən yayındırmaq üçün qəsdən belə hərəkət etdiyini düşünüb.

Gilchrist qadına "Əgər burada olmaq istəmirsənsə, getməyi təklif edirəm" deyib.

Hanson, "20 il şirkətdə işlədikdən sonra, ayrılmaq üçün yeganə yol, məni işdən çıxarmağınızdır" deyə cavab verib.

Gilchrist çıxışından bir saat sonra eyni vəzifədə çalışan digər iki işçinin maaşını bilərəkdən artırıb.

Hadisədən sonra Hanson özünü dəyərsiz hiss etdiyini və bu vəziyyətin yuxusuz gecələr keçirməsinə səbəb olduğunu iddia edib. Daha sonra işçi 8 həftəlik məzuniyyəy götürüb.

Hanson məzuniyyətdə olarkən maaşının verilməməsini əsas gətirib və müdirini məhkəməyə şikayət edib.

Gilchrist məhkəmədə işçisinin xəstə olduğuna inanmadığı üçün pul vermədiyini deyib.

Prosesə sədrlik edən hakim Sarah Davies, müdirin davranışının "məntiqsiz və qeyri-insani" olduğu qənaətinə gələrək onu təqsirli bilib.

Hanson haqsız olaraq işdən çıxarıldığını və maaşından icazəsiz tutulduğunu iddia edərək məhkəməni qazanıb

Növbəti məhkəmədə təzminatın müəyyən ediləcəyi bildirilib.

Son xəbərlər