Oman sahillərində neft sızıntısı: 40 kilometrlik ərazi çirklənib
Yeniliklərdən dərhal xəbərdar olun
Oman sahillərində iyun ayından bəri quruya oturmuş tankerdən sızan xam neft ölkənin sahilinə çataraq geniş ərazini çirkləndirib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, neft Ras Madrakah sahillərinə yayılıb və təxminən 40 kilometrlik sahil xəttinə təsir edib. Sızıntının Masirah adasının cənub sahillərinə də çatacağı və əlavə 10-20 kilometrlik ərazini çirkləndirəcəyi gözlənilir.
Neft sızıntısının dəniz tısbağaları və digər canlıların məskunlaşdığı həssas ekosistemlər üçün ciddi təhlükə yaratdığı bildirilib. Xüsusi qruplar ərazidə monitorinq və təmizləmə işləri aparır.
İyunda partlayışdan sonra sürüklənərək sahilə oturan tankerin Rusiya nefti daşıdığı və sanksiyalardan yayınmaq üçün istifadə edilən "kölgə donanması"na aid olduğu bildirilir. Gəminin sahibi və operatorunun kimliyi isə hələlik məlum deyil.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...