Ölkəsində bunu edənlərə Rusiyada vətəndaşlıq və yaşayış icazəsi verilməyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada miqrasiya qaydalarının sərtləşdirilməsi nəzərdə tutulur. Yeni qanun layihəsinə əsasən, öz ölkəsində cinayət törətmiş əcnəbilər Rusiya vətəndaşlığı və ya yaşayış icazəsi (VNJ) ala bilməyəcəklər.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu müddəa Rusiya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, Rusiya vətəndaşlığı və ya VNJ almaq istəyən miqrantlar cinayət keçmişinin olmaması barədə rəsmi arayış təqdim etməli olacaqlar.
Qeyd olunur ki, sözügedən sənəd əcnəbi vətəndaş tərəfindən öz doğma ölkəsindəki səlahiyyətli qurumlardan əldə edilməlidir. Cinayət faktı aşkar edildiyi təqdirdə isə müraciətə mənfi cavab veriləcək.
Rusiya Daxili İşlər Nazirliyinin hazırladığı bu qanun layihəsi artıq Nazirlər Kabineti tərəfindən təsdiqlənib və yaxın vaxtlarda qüvvəyə minməsi gözlənilir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...