Nyu-York hava limanında təyyarə qəzasında iki pilot ölüb

Nyu-York hava limanında təyyarə qəzasında iki pilot ölüb
Dünya 50

"Air Canada Express" təyyarəsinin pilotları La-Quardiya hava limanında nəqliyyat vasitəsi ilə toqquşma nəticəsində həlak olublar.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə NBC News mənbələrə istinadən məlumat yayıb.

"Nyu -Yorkdakı La Quardiya hava limanında "Air Canada Express" təyyarəsinin nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində təyyarənin iki pilotu həlak olub", - məlumatda bildirilib.

Mənbələrdən bildirilir ki, hazırda Nyu-York məhkəmə-tibb eksperti onların ölüm səbəblərini araşdırır.

***

Nyu-Yorkdakı La-Quardiya hava limanında "Air Canada Express" təyyarəsinin nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, təyyarə yanğınsöndürən maşınla toqquşub. Bildirilib ki, pilot və ikinci pilot ciddi xəsarətlər alıb, avtomobili idarə edən polis serjantı və bir zabitin vəziyyəti stabildir.

ABŞ-nin Federal Mülki Aviasiya İdarəsindən bildirilib ki, hava limanı müvəqqəti bağlanıb.

Hava limanının məlumatına əsasən, gələn reyslər digər hava limanlarına yönləndirilir və ya yoladüşmə məntəqələrinə qaytarılır.

*** 09:21

Kanadanın Monreal şəhərindən uçan "Air Canada Express" aviaşirkətinin təyyarəsi Nyu-Yorkun (ABŞ) La-Quardiya hava limanına eniş edərkən nəqliyyat vasitəsi ilə toqquşub.

BAKU.WS report-a istinadən xəbər verir ki, ABŞ-nin Federal Aviasiya İdarəsi (FAA) hava limanında bütün uçuşların və enişlərin Qrinviç vaxtı ilə saat 05:30-dək (Bakı vaxtı ilə 09:30-dək) dayandırılması mənsına gələn "ground stop" rejimi tətbiq edib.

Qeyd edilib ki, hava limanı Qrinviç vaxtı ilə 18:00-a (Bakı vaxtı ilə 22:00-a) qədər bağlı qala bilər.

Agentlik, həmçinin bildirib ki, sosial şəbəkələrdəki videolarda təyyarənin burun hissəsinin zədələndiyi görünür.

"Air Canada" aviaşirkəti, FAA və Nyu-Yorkun yanğınsöndürmə xidməti hələlik sorğulara cavab verməyib.

Son xəbərlər