NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək
07
sen
2025
12:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə və Ermənistan rəsmilərinin gələn həftə ilk dəfə nümayəndə heyəti səviyyəsində görüş keçirəcəyi gözlənilir.
BAKU.WS Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, görüş həftənin əvvəlində baş tutacaq.
Tərəflər arasında ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində yeni qərarların qəbul edilməsi, eləcə də daha əvvəl razılaşdırılmış bəzi addımların icrası müzakirə olunacaq.
Məlumata əsasən, Türkiyə nümayəndə heyətinə Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Serdar Kılıç rəhbərlik edəcək.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...