Noyabrın əvvəlində GÖZLƏ GÖRÜNƏCƏK - Yerə yaxınlaşır...
Yerə yaxınlaşan C/2025 A6 (Lemmon) kometası sürətlə parlaqlaşır. Növbəti 10–14 gün ərzində onu adi binoklla görmək mümkün olacaq.
BAKU.WS xəbər verir ki, mütəxəssislərə görə, oktyabrın sonu – noyabrın əvvəlində kometa o qədər parlaq olacaq ki, gözlə də görünə biləcək. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
Kometanın 3 yanvar 2025-ci ildə kəşf olunduğu bildirilir. Hazırda o, Yerdən 200 milyon kilometr uzaqdadır və hər gün bu məsafə 5 milyon kilometr azalır. 21 oktyabrda kometa Yerə ən yaxın – 90 milyon kilometrdən az məsafədə olacaq.
Alimlər bildirirlər ki, hazırda kometa Böyük Ayı bürcünə doğru hərəkət edir və oktyabrın ortalarında həmin bürcün yaxınlığında görünəcək.
Oxşar xəbərlər
Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb
İran BMT-ni ABŞ-nin məcburedici tədbirlər və ikinci dərəcəli sanksiyalardan istifadəsini pisləməyə çağırıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barəd...