Norveç Krallığı şahzadə üçün ağciyər AXTARIR

Norveç Krallığı şahzadə üçün ağciyər AXTARIR
Dünya 60

Norveç Krallığı Mətbuat Xidməti Vəliəhd Şahzadə Mette-Maritin səhhətində yaranan pisləşmə səbəbilə onun ağciyər köçürülməsinə ehtiyac duyula biləcəyini açıqlayıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, 52 yaşlı Mette-Marit Norveç Vəliəhd Şahzadəsi Haakonun həyat yoldaşıdır. O, 2018-ci ildə ağciyərlərdə çapıqların yaranmasına və oksigen çatışmazlığına səbəb olan xroniki xəstəlik - pulmonar fibroz diaqnozu alıb. Krallıq rəsmiləri son aylarda aparılan tibbi müayinələrin vəziyyətində nəzərəçarpacaq dərəcədə pisləşmə olduğunu bildirir.

Mette-Maritin nə vaxt orqan transplantasiyası gözləyən şəxslərin siyahısına daxil ediləcəyi hələlik dəqiq bilinmir. Lakin Oslo Universitet Xəstəxanasının Ağciyər Xəstəlikləri üzrə mütəxəssisi professor Are Martin Holm bildirib ki, ağciyər köçürülməsi üçün tələb olunan mərhələyə yaxınlaşılır və prosesə hazırlıq görülür.

Qeyd edək ki, şahzadənin xəstəliyi uzunmüddətli müalicə tələb edir və səhhətində son dövrlərdə yaşanan geriləmə onun orqan transplantasiyasını gündəmə gətirib.

Hazırda Krallıq və tibb mütəxəssisləri vəziyyəti yaxından izləyir və növbəti addımlar barədə qərar veriləcəyi gözlənilir.

Son xəbərlər