"Noel baba" iş adamını güllələyib öldürdü

Rusiyanın Çuvaşiya bölgəsində Şaxta baba paltarı geyinmiş şəxs yerli iş adamını güllələyib.
BAKU.WS xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, iş adamı Yuri Surakinin qətli yanvarın 2-də günorta saatlarında Kanaşda baş verib.
Noel baba geyimində olan naməlum şəxs onun mağazasına qoşalüləli tapança ilə gələrək satış məntəqəsinin sahibinə bir neçə dəfə atəş açıb. Yaralı yerindəcə keçinib. Qatil polislər hadisə yerinə gələnə qədər oranı tərk edib.
Baza-nın məlumatına görə, şübhəli hələ də saxlanılmayıb. Onun şəxsiyyəti və motivləri hələ müəyyən edilməyib. Hüquq-mühafizə orqanları qətli törədənin tarlaya girdiyini və daha sonra avtomobillə qaçdığını müəyyən edib.
Oxşar xəbərlər
Ukraynaya silah almaq üçün 2,7 milyard dollarlıq vəsait ayrılıb
Böyük Britaniyanın rəhbərlik etdiyi fond vasitəsilə Ukraynaya silah alınması üçün 2 milyard funt sterlinqdən çox (2,7 milyard dollardan çox) vəsait ayrılıb. BAK...
