Nobel mükafatçısı vəfat edib

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, peru əsilli məşhur yazıçı Mario Varqas Losa 90 yaşında dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, yazıçının ölüm xəbərini onun oğlu Alvaro Varqas Losa açıqlayıb. Onun sözlərinə görə, Mario Varqas Losa Perunun Lima şəhərində ailəsinin əhatəsində vəfat edib.
Bildirilib ki, yazıçının nəşi kremasiya (ölmüş şəxsin dini mənsubiyyətinə və milli adət və ənənələrə uyğun olaraq, dəfndən əvvəl meyitin xüsusi sobalarda yandırılması prosesi) olunacaq və ictimai vida mərasimi keçirilməyəcək.
Qeyd edək ki, Mario Varqas Losa 28 mart 1936-cı ildə Perunun Arekipa şəhərində anadan olub. O, Latın Amerikası ədəbiyyatında "partlayış dövrü" adlandırılan ədəbi hərəkatın öncül nümayəndələrindən biri sayılır. Ən məşhur əsərləri arasında "Şəhər və itlər", "Yaşıl ev", "Kafedralda söhbət" və "Sonun savaşı" romanları yer alır. Yaradıcılığında tez-tez hakimiyyət, korrupsiya, zorakılıq və sosial qarşıdurma mövzularına toxunub.
2010-cu ildə Mario Varqas Losa "hakimiyyətin strukturlarını təsvir etdiyi və insan müqaviməti, üsyanı və məğlubiyyətini canlı şəkildə əks etdirdiyi" üçün ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü.

Oxşar xəbərlər
Kanadalı alimlər uşaq çarpayılarında zəhər yayan maddələr aşkarladılar
Kanadanın Toronto Universitetinin alimləri uşaq çarpayıları ilə bağlı araşdırmalar aparıblar. BAKU.WS xəbər verir ki, çarpayıların istehsalı zamanı istifadə ol...