Nigeriyada Boko Haram-a qarşı əməliyyat: 11 terrorçu öldürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Nigeriyanın şimal-şərqində həyata keçirilən hərbi əməliyyat zamanı terror təşkilatı Boko Haram-ın 11 üzvü zərərsizləşdirilib.
BAKU.WS xəbər verir ki, Ordu tərəfindən verilən məlumata görə, əməliyyat Borno əyalətində yerləşən Sambisa meşəsində keçirilib. Əməliyyat zamanı terror qruplaşmasının əsas fiqurlarından biri hesab olunan Ebu Halid və daha 10 silahlı öldürülüb. Bildirilib ki, Ebu Halid bölgədə təşkilatın əməliyyat və logistikasına rəhbərlik edirdi.
Açıqlamada, hərbçilər arasında itki olmadığı, terrora qarşı əməliyyatların davam etdirildiyi vurğulanıb.
Qeyd edək ki, Boko Haram 2009-cu ildən bu yana Nigeriya və region ölkələrində on minlərlə insanın ölümünə səbəb olan terror aktları həyata keçirib, yüz minlərlə insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Oxşar xəbərlər
İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur
İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. BAKU.WS xəbər verir ki, bir ay d...