Nigeriyada 300 məktəbli oğurlanıb, 50-si qayıdıb
Nigeriyanın qərbindəki katolik məktəbindən terrorçular tərəfindən oğurlanan 300 şagirddən 50-si qaçaraq valideynlərinə qayıda bilib.
BAKU.WS xəbər verir ki, hadisə noyabrın 20-dən 21-nə keçən gecə Niger ştatında Müqəddəs Mariya Katolik Məktəbində baş verib. Həmin gecə 303 nəfər, o cümlədən 12 müəllim zorla aparılıb.
Oxşar insident əvvəllər Kebbi ştatının Maga bölgəsində baş vermiş və 24 şagird oğurlanmışdı.
Terror aktlarının artması səbəbindən Nigeriya Prezidenti Bola Tinubu xarici səfərlərini ləğv edib. Ölkənin 36 ştatından 10-da məktəblər təhlükəsizlik məqsədilə bağlanıb və əlavə hərbi və polis qüvvələri göndərilib.
Xatırladaq ki, Nigeriya Xristianları Assosiasiyası noyabrın 23-ünü qaçırılan uşaqların xilası üçün dua günü elan edib.
Oxşar xəbərlər
Rusiyada mobil internetdə müvəqqəti məhdudiyyət ola bilər - XƏBƏRDARLIQ
Rusiyada mobil rabitə operatorları istifadəçilərə mobil internetin müvəqqəti məhdudlaşdırıla biləcəyi barədə xəbərdarlıq ediblər. BAKU.WS xəbər verir ki, bu ba...