Netanyahu xəstəxanaya yerləşdirildi

Netanyahu xəstəxanaya yerləşdirildi
Dünya 36

İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

BAKU.WS xəbər verir, bu barədə "The Times of Israel" nəşri hökumət başçısının ofisinə istinadən məlumat yayıb.

Məlumata görə, Netanyahu mayın 25-i axşam saatlarında "Hadassa Eyn-Kerem" Tibb Mərkəzinə aparılıb. Hazırda onun stomatoloji müalicə aldığı bildirilir.

Nəşr qeyd edir ki, son dövrlər ictimaiyyət Netanyahu­nun səhhəti ilə bağlı məsələləri diqqətlə izləyir. Vətəndaşlar Baş naziri sağlamlıq vəziyyəti barədə bəzi məlumatları gizlətməkdə ittiham edirlər.

Xatırladaq ki, Netanyahu aprelin 24-də prostat vəzində aşkarlanan bədxassəli şişlə bağlı əməliyyat keçirdiyini açıqlamışdı. Onun sözlərinə görə, xəstəlik planlı tibbi müayinə zamanı erkən mərhələdə aşkarlanıb və şiş qısa müddətdə götürülüb.

Qeyd edək ki, İsrail Baş nazirinə daha əvvəl kardiostimulyator da yerləşdirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər