Netanyahu və Madyar ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər
İsrailin Baş naziri Benyamin Netanyahu və Macarıstanda parlament seçkilərində qalib gələn "Tisa" partiyasının lideri Peter Madyar telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Madyar Macarıstan və İsrail arasında sıx əməkdaşlığı qoruyub saxlamaq niyyətini təsdiqləyib və Netanyahunu Macarıstan qiyamının 70 illiyi münasibətilə keçiriləcək mərasimdə iştirak etməyə dəvət edib.
İsrailin Baş naziri bu dəvəti qəbul edib və Madyarı hökumətlərarası görüş keçirmək üçün Qüdsə səfər etməyə dəvət edib.
Oxşar xəbərlər
Netanyahu ilə görüşə şortla gələn şəxs kimdir?
İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə son səfəri beynəlxalq gündəmin əsas mövzularından biridir. Səfər çərçivəsində keçirilən görüşlərdən biri isə si...