Netanyahu: İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik

Netanyahu: İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik
Dünya 11

İsrailin Baş naziri Benyamin Netanyahu ölkədəki təhlükəsizlik vəziyyəti və İranla münasibətlərə dair xalqa müraciət edib.

BAKU.WS xəbər verir ki, Netanyahu çıxışında İsrailin əsas prioritetlərindən birinin İranın nüvə proqramının hərbi məqsədlərə yönəlməsinin qarşısını almaq olduğunu vurğulayaraq, Tehranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verilməyəcəyini bildirib.

Baş nazir həmçinin qeyd edib ki, Livandakı "Hizbullah" hərəkatına qarşı aparılan mübarizə yekunlaşmayıb. Onun sözlərinə görə, son hadisələr nəticəsində həm İran, həm də "Hizbullah" əvvəlki gücünü itirib, İsrail isə müdafiə və hərbi imkanlarını daha da möhkəmləndirib.

Netanyahu xəbərdarlıq edib ki, İran tərəfindən İsrailə qarşı hər hansı yeni hücum baş verərsə, buna sərt və qəti cavab veriləcək. O vurğulayıb ki, ölkəsinin öz təhlükəsizliyini qorumaq hüququ var və lazım gəldikdə bu hüquqdan istifadə etməkdə tərəddüd etməyəcək.

Baş nazir çıxışında İsrailin İrana qarşı planlaşdırılan hərbi əməliyyatlarının hazırkı mərhələdə dayandırıldığını və ya təxirə salındığını da diqqətə çatdırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər