Netanyahu Bofor qalasının ələ keçirilməsini "güclü dönüş" adlandırıb

Netanyahu Bofor qalasının ələ keçirilməsini güclü dönüş adlandırıb
Dünya 21

İsrailin Baş naziri Benjamin Netanyahu Livanın cənubundakı strateji Bofor qalasının ələ keçirilməsini yüksək qiymətləndirərək, bunu İsrailin Hizbullaha qarşı siyasətində mühüm dönüş adlandırıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Netanyahu bildirib ki, İsrail qüvvələri bölgəyə "əvvəlkindən daha güclü" qayıdıb.

Baş nazirin sözlərinə görə, İsrail ordusunun Livanın cənubunda irəliləməsi və strateji yüksəklikləri nəzarətə götürməsi ölkənin təhlükəsizliyi baxımından vacib addımdır. O, Bofor qalasının ələ keçirilməsini Hizbullaha qarşı hərbi əməliyyatlarda "kəskin dəyişiklik" kimi qiymətləndirib.

Qeyd edək ki, Bofor qalası Livanın cənubuna və İsrailin şimal hissəsinə nəzarət imkanı verən yüksəklikdə yerləşir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər