Nepalda daşqınlarda ölənlərin sayı 162-yə yüksəldi

Nepalda daşqınlarda ölənlərin sayı 162-yə yüksəldi
Video
Dünya 30

Nepalın dağlıq Rasuwa rayonu və ətraf ərazilərindəki daşqın nəticəsində ölənlərin sayı 162 nəfərə yüksəlib.

Nepalda daşqınlarda ölənlərin sayı 162-yə yüksəldi

BAKU.WS "The Kathmandu Post"a istinadən xəbər verir ki, Bhotekoshi çayının məcrasından çıxması nəticəsində çoxlu sayıda yaşayış məntəqəsi və bina ciddi zərər görüb. Yüzlərlə insandan xəbər yoxdur

Ərazidə hüquq-mühafizə orqanlarının iştirakı ilə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları davam edir.

Nepal Baş Nazirliyinin verildiyi son rəsmi məlumata görə, 44 təhlükəsizlik əməkdaşı və 391-i əcnəbi olmaqla yüzlərlə şəxs itkin düşüb.

Nepal mətbuatında yer alan xəbərlərə görə, həmin əcnəbi vətəndaşların Rasuwa ilə sərhəddə yerləşən Çinin Tibet Muxtar Regionundakı müqəddəs Kailash Mansarovar ərazisinə dini ziyarətə gedən zəvvarlardır.

Axtarışlara hərbi və özəl helikopterlər cəlb edilsə də, əlverişsiz hava şəraiti səbəbindən bəzi təyyarələr geri qayıtmaq məcburiyyətində qalıb və əraziyə əlavə qüvvələrin göndərilməsi çətinləşib.

Xilasedicilər əlverişsiz şəraitə baxmayaraq, dağıntılar altında və sel sularında qalan şəxslərin tapılması üçün işləri aralıqsız davam etdirirlər.

Mütəxəssislər fəlakətin əsas səbəbi kimi dağlıq ərazidəki buzlaq gölünün daşması ehtimalını bildiriblər.

Daşqınlar təkcə Nepal ilə məhdudlaşmayıb. Çinin Tibet Muxtar Regionundakı Gyirong sərhəd məntəqəsi yaxınlığında güclü torpaq sürüşmələrinə yol açıb.

Nepalda baş verən dəhşətli daşqınlardan sonra 579 nəfər itkin düşmüş hesab olunur. Məlumata görə, itkin düşənlərin 466-sı 28 fərqli ölkənin vətəndaşıdır.

Daha 113 nəfər isə Nepalın öz sakinidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər