Nepal və Çində daşqınlarda ölənlərin sayı 760-ı keçib, 3 mindən çox insan itkindir

Nepal və Çində daşqınlarda ölənlərin sayı 760-ı keçib, 3 mindən çox insan itkindir
Dünya 27

Nepal və Çinin sərhəd bölgələrində baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 760 nəfəri ötüb. Təbii fəlakət nəticəsində 3 mindən çox insanın taleyi isə hələ də məlum deyil.

BAKU.WS xəbər verir ki, Çin hakimiyyətinin son məlumatına görə, Tibetdə 16 nəfər həyatını itirib, 546 nəfər itkin düşüb. İtkinlər arasında 23 ölkədən 261 əcnəbi də var.

Nepalda isə ölənlərin sayı 752-yə çatıb. Daha 2 502 nəfər itkin hesab olunur. Xilasetmə əməliyyatları nəticəsində 8 730 nəfərin təhlükəsiz ərazilərə çıxarıldığı bildirilir.

Fəlakət bölgəsində müxtəlif su elektrik stansiyalarında çalışan 900-dən çox işçinin də itkin düşdüyü qeyd olunur. Xüsusilə Trisuli çayı yaxınlığındakı su elektrik stansiyalarında vəziyyət ağırdır. İşçilərin bir qisminin yeraltı tunellərdə qaldığı ehtimal edilir.

Çin və Hindistandan gələn xilasedicilər axtarış-xilasetmə əməliyyatlarına qoşulub. Xilasedicilər dağıntıları ağır texnikanın köməyi ilə təmizləyir, tunellərdə qalan insanlara çatmaq üçün xüsusi keçidlər açırlar. Onların oksigen və işıq təminatı yaratmaq, eləcə də ərzaq çatdırmaq üçün müxtəlif üsullardan istifadə etdiyi bildirilir.

Xilasetmə işləri davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər