NATO Norveçin şimalında alyansın hava əməliyyatlarını idarəetmə mərkəzi yaradacaq
Yeniliklərdən dərhal xəbərdar olun
NATO Norveçin şimalında alyansın hava əməliyyatlarını idarəetmə mərkəzi yaradacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, Mərkəz alyansın Şimali Avropada hava nəzarəti və hərbi hava əməliyyatlarına cavabdeh olacaq.
Norveçin Baş naziri Yonas Qar Störe ölkəsinin ən mühüm strateji maraqlarının şimalda olduğunu qeyd edib.
Alyansın 450 əsgərinin yerləşəcəyi hava əməliyyatlarını idarəetmə mərkəzinin təxminən 900 milyon avroya başa gələcəyi gözlənilir. Onun fəaliyyətə başlama tarixi açıqlanmayıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...